“Facebook” bir ayda Azərbaycandakı bazar payının 43 %-ni itirib

İKT
  • 05 oktyabr, 2024
  • 10:24
“Facebook” bir ayda Azərbaycandakı bazar payının 43 %-ni itirib

Bu ilin sentyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 29,22 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin sentyabr hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 3,73 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 7,28 faiz bəndi azdır.

İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı ay ərzində 18,67 faiz bəndi azalaraq, il ərzində isə 6,07 faiz bəndi artaraq 25,13 % təşkil edib. Nəticədə sosial şəbəkə əvvəlki aya nisbətən sentyabrda bazar payının 43 %-ni itirib.

Növbəti yerdəki “Pinterest”in bazar payı avqusta nisbətən 7,72 faiz bəndi, 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 8,15 faiz bəndi artaraq 20,15 %-ə çatıb.

Dördüncü pillədəki “YouTube”un bazar payı ay ərzində 4,66 faiz bəndi, illik isə 3,9 faiz bəndi artaraq 12,73 % olub.

İlk beşliyi 6,6 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı avqust ayına nisbətən 0,7 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 3,01 faiz bəndi artıb.

44 filmi