Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC vaxtında çatdırılma göstəricisini azı 93 %-ə yüksəltmək niyyətindədir.
Bunu "Report"a müsahibəsində şirkətin İdarə Heyətinin sədri Əfqan Cəlilov bildirib.
"Azərpoçt"da işləri təhvil alanda təxmini ölçülərə görə vaxtında çatdırılma 60-65 % idi. Biz keyfiyyətə nəzarət baxımından kifayət qədər böyük işlər görmüşük. Həmin göstəricini 85 %-ə çatdırmışıq. Dünya standartlarında 100 % gecikmə olmadan çatdırılma yoxdur. Biz beynəlxalq mütəxəssislərlə bu məsələ üzərində işləyirik, SES proqramı çərçivəsində Beynəlxalq Əməkdaşlıq üzrə Alman Sənaye Fondu ilə əməkdaşlıq edirik. Onların ekspertini dəvət etmişik və hazırda "Project 93" layihəsini icra edirik. Yəni vaxtında çatdırılmaları minimum 93 %-ə yüksəltmək niyyətindəyik", - deyə o qeyd edib.
Ə.Cəlilovla müsahibəni tam şəkildə buradan oxumaq mümkündür.