Daşkəsəndə internetin verilməsində yaranan fasilə aradan qaldırılıb - YENİLƏNİB

Daşkəsəndə internetin verilməsində yaranan fasilə aradan qaldırılıb - YENİLƏNİB Daşkəsən rayonunda internetin verilməsində fasilə yaranıb.
İKT
18 Noyabr , 2023 18:23
Daşkəsəndə internetin verilməsində yaranan fasilə aradan qaldırılıb - YENİLƏNİB

Daşkəsəndə internetin verilməsində yaranan fasilə aradan qaldırılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, internetin verilməsində yaranmış problem artıq həll olunub.

Qeyd edək ki, internetdə yaranmış problemə yol-nəqliyyat hadisəsi səbəb olub.

Gəncə-Daşkəsən avtomobil yolunun Daşkəsən rayon ərazisində yük maşının idarəetmədən çıxaraq maneə çırpılaraq aşması nəticəsində avtomobil yolunda qismən çətinlik yaranıb.

Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub və bir müddətdən sonra avtomobillərin hərəkəti tam bərpa olunub.

Yük maşının iştirakı ilə başvermiş yol-nəqliyyat hadisəsi zamanı Daşkəsən ərazisində internetin verilməsində də problem yaranıb. Belə ki, qəza baş verdiyi ərazidə ötürücü qurğu da zərər görüb.

16:02

Daşkəsən rayonunda internetin verilməsində fasilə yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, artıq bir neçə saatdır Daşkəsəndə internetin verilməsi dayanıb.

Məlumata görə, "Azəronline" internet provayderində problem yaranıb. Hazırda yaranmış problemin həlli istiqamətində işlər görülür.

Nasazlıq aradan qaldırıldıqdan sonra internetin verilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi