Çində bulud texnologiyaları mərkəzi inşa edilir

Çində bulud texnologiyaları mərkəzi inşa edilir Çinin Tibet Muxtar Bölgəsinin mərkəzi Lhasa şəhərindəki yüksək texnologiyalar parkında bulud texnologiyaları mərkəzi inşa edilir.
İKT
29 Oktyabr , 2020 19:35
Çində bulud texnologiyaları mərkəzi inşa edilir

Çinin Tibet Muxtar Bölgəsinin mərkəzi Lhasa şəhərindəki yüksək texnologiyalar parkında bulud texnologiyaları mərkəzi inşa edilir.

“Report” “Xinhua” agentliyinə istinadən xəbər verir ki, layihənin I mərhələsi gələn il yekunlaşacaq və burada 10 min server yerləşəcək.

Bu zaman ildə 1,5 milyard yuan (223,5 milyon ABŞ dolları) gəlir əldə olunacaq.

Dəniz səviyyəsindən 3 650 m yüksəklikdə fəaliyyət göstərəcək yeni mərkəzin operatoru “Ningsuan Technology Group” şirkətidir. Şirkətdən bildirilib ki, layihəyə ümumilikdə 11,8 milyard yuan (1,76 milyard ABŞ dolları) pul qoyulacaq. Layihə çərçivəsində video yerləşdirmə, pilotsuz nəqliyyat sistemləri, məsafəli tədris materiallarının ehtiyat yüklənməsi (hard disc) kimi xidmətlər göstərəcək.

Çinin başlıca şəhər və əyalətlərilə yanaşı, yeni mərkəzin qonşu Pakistan, Nepal, Banqladeş, Cənub-Şərqi Asiya ölkələri ilə də əməkdaşlıq edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi