“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verib

“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom") paytaxtın Suraxanı rayonunda optik xidmətlərinin əhatə dairəsini genişləndirib.
İKT
6 Aprel , 2022 17:23
“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom") paytaxtın Suraxanı rayonunda optik xidmətlərinin əhatə dairəsini genişləndirib.

"Report" şirkətə istinadən xəbər verir ki, rayonun Dədə Qorqud massivində 1 600 istifadəçi tutumlu yeni optik şəbəkə qurulub. İndiyədək mis xətlər üzərindən xidmət alan 600 nömrə həmin genişzolaqlı şəbəkəyə keçirilib, eyni zamanda 300 yeni abunəçinin optik xidmətlərdən istifadəsi təmin olunub.

Beləliklə, Dədə Qorqud massivində hazırda 900 mənzilə müasir standartlara cavab verən telefon və sürətli internet xidmətləri təqdim edilir.

“Baktelecom”un mütəxəssisləri massiv üzrə layihə müddətində 100 kilometr uzunluğunda fiber-optik xətlər çəkib, telekommunikasiya şəbəkəsi GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında qurulub. Texnologiyanın üstünlüklərindən yararlanaraq sakinlərə 100 Mbit/s qoşulma sürəti və bir optik xətt üzərindən bir neçə rabitə xidmətindən istifadə imkanı yaradılıb.

Əlavə olaraq Yeni Suraxanıda və Hövsan qəsəbəsinin Quşçuluq massivində optik infrastrukturun tikintisinə başlanılıb. Bu ərazilərdə bu ilin sonuna qədər 12 000 istifadəçiyə telefon və sürətli internet xidmətlərinin təqdim edilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi