“Bakcell” yeni xidmətini istifadəyə verməyə hazırlaşır

İKT
  • 09 oktyabr, 2021
  • 11:40
“Bakcell” yeni xidmətini istifadəyə verməyə hazırlaşır

Azərbaycan ilk mobil operatoru olan “Bakcell” MMC 4G üzərindən videozəng xidmətini istifadəyə verməyə hazırlaşır.

“Report” xəbər verir ki,bu barədə qurumun nümayəndəsi Hüseyn Ziyadov bildirib.

Onun sözlərinə görə, bunun üçün mobil telefonlar “Volte” xidmətini dəstəkləməlidir: “Bu vaxta qədər biz 3G üzərindən zəng edə bilərdik. Amma 4G üzərindən video zəng daha çox üstünlüyə malikdir. Bu tipli zəng zamanı texnoloji imkanlar səsin daha keyfiyyətli olmasına səbəb olur. Həmçinin videokonfrans xidmətindən də istifadə etmək mümkündür. Əgər 3G şəbəkə üzərində zənglər zamanı enerji istehlakı çoxalırsa, 4G şəbəkədə enerji sərfiyyatında 10% azalma olacaq”.

H.Ziyadov onu da qeyd edib ki, “Bakcell” həm də WiFi şəbəkə üzərindən sim nömrələrə zənglərin reallaşmasına hazırlaşır: “Hazırda "Voce of WiFi" (VoWiFi) xidmətini tətbiq etmək üçün işlər aparırıq. Bu xidmət istənilən şəxsə dünyanın istənilən yerində “WiFi” üzərindən müəyyən ödəniş qarşılığında zəng etməyə imkan yaradacaq".

44 - Tezliklə