"Azərkosmos" və ISESCO investisiya layihəsi həyata keçirəcəklər

"Azərkosmos" və ISESCO investisiya layihəsi həyata keçirəcəklər Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESKO) ölkəmizdə ilk dəfə kosmik sahədə investisiya layihəsi həyata keçirəcəklər.
İKT
4 Oktyabr , 2023 16:55
Azərkosmos və ISESCO investisiya layihəsi həyata keçirəcəklər

Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ölkəmizdə ilk dəfə kosmik sahədə investisiya layihəsi həyata keçirəcəklər.

"Report" xəbər verir ki, bunu "Azərkosmos"un Beynəxalq münasibətlər üzrə müşaviri Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə tərəflər arasında birgə bəyanat sənədi imzalanıb.

"Layihənin məqsədləri həm kosmik sahədə, həm də digər sahələrdə - turizmdə, kənd təsərrüfatında, ekologiyada innovasiyaları ərsəyə gətirmək, ekosistemi inkişaf etdirmək, peyk xidmətlərini və peyk texnologiyalarını əlçatan etmək, elmi cəmiyyətlərdə birgə fəaliyyət göstərmək və bunun müqabilində də yeni innovativ layihələri ortaya çıxarmaqdır. Əsasən peyk texnologiyaları vasitəsilə dataları analiz edərək digər sahələrdə innovasiyalara nail olacağıq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi