"Azercell" Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir

"Azercell" Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir Bu gün Azərbaycan mətbuatı 149 illiyini qeyd edir. 1875-ci ilin 22 iyul tarixində Həsən bəy Zərdabinin böyük səyi nəticəsində Azərbaycan jurnalistikasının bayraqdarı, anadilli ilk mətbu orqan olan “Əkinçi” qəzeti nəşrə başlayıb.
İKT
22 İyul , 2024 16:48
Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir

Bu gün Azərbaycan mətbuatı 149 illiyini qeyd edir. 1875-ci ilin 22 iyul tarixində Həsən bəy Zərdabinin böyük səyi nəticəsində Azərbaycan jurnalistikasının bayraqdarı, anadilli ilk mətbu orqan olan “Əkinçi” qəzeti nəşrə başlayıb.

Milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbuatımıza böyük önəm verən ölkənin lider mobil operatoru “Azercell Telekom” jurnalistləri bu əlamətdar gün münasibətilə xüsusi şəkildə təbrik edib. “Mediacell” tarifinin bütün istifadəçiləri və 2-ci Qarabağ müharibəsində iştirak etmiş media əməkdaşlarına Azercell-dən hədiyyə olaraq 5GB mobil internet paketi təqdim olunub.

5GB həcmində mobil internetdən yükləndiyi gündən etibarən bir ay (30 gün) ərzində istifadə etmək mümkündür. Ətraflı məlumat üçün https://www.azercell.com/az/about-us/press-releases/news/milli-mtbuat-v-jurnalistika-gene-kampaniyasi.html səhifəsinə keçid ala bilərsiniz.

“Azercell Telekom” MMC işğaldan azad edilmiş ərazilərdə vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış Məhərrəm İbrahimov və Sirac Abışovun əziz xatirəsini də daima dərin ehtiramla yad edir.

Azercell bütün media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edir, onlara vacib və məsuliyyətli işlərində uğurlar arzulayır!

Son xəbərlər

Orphus sistemi