Azərbaycanın İKT sektorunda göstərilən xidmətlərin dəyəri 12 % artıb

İKT
  • 29 noyabr, 2024
  • 13:08
Azərbaycanın İKT sektorunda göstərilən xidmətlərin dəyəri 12 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin dəyəri 2 milyard 863,6 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,1 % çoxdur.

Bu sahədə əldə edilmiş gəlirin 84,3 %-i qeyri-dövlət sektorunun payına düşüb, 72,3 %-i isə əhali sektoruna aid olub.

Təkcə oktyabr ayında informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 308,4 milyon manat olub ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 7,1 % çoxdur.

44 filmi