Azərbaycanda rabitə xidmətlərinin qiyməti cüzi artıb

İKT
  • 01 yanvar, 2025
  • 12:48
Azərbaycanda rabitə xidmətlərinin qiyməti cüzi artıb

Ötən ilin noyabr ayında Azərbaycanda poçt və kuryer xidmətlərinin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 % artıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin yanvar-noyabr aylarında adıçəkilən xidmətlər bir il əvvəlki dövrünə nisbətən 0,5 % bahalaşıb.

Bundan başqa, noyabrda rabitə xidmətlərinin qiyməti 1 il əvvəllə müqayisədə 0,3 %, ilk 11 ayda isə (illik müqayisədə) 0,3 % artıb.

44 filmi