Azərbaycanda planşetlərdə “Android” brauzerinin bazar payı 83 % azalıb

İKT
  • 04 may, 2024
  • 11:37
Azərbaycanda planşetlərdə “Android” brauzerinin bazar payı 83 % azalıb

Bu ilin aprel ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 78,46 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin aprel hesabatına istinadən verdiyi məlumata görə, bu, marta nisbətən 0,93 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 2,06 faiz bəndi çoxdur.

İkinci pillədəki “Safari”nin bazar payı müvafiq olaraq 0,26 faiz bəndi artaraq və 1,73 faiz bəndi azalaraq 9,83 % olub.

Növbəti yerdə qərarlaşan “Samsung Internet”in bazar payı müvafiq olaraq 0,41 faiz bəndi və 0,20 faiz bəndi azalaraq 4,97 %-ə düşüb.

Dördüncü yerdəki “Opera”nın bazar payı əvvəlki aya nisbətən sabit qalaraq, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,35 faiz bəndi artaraq 3,08 % təşkil edib.

İlk beşliyi qapadan “Edge”nin bazar payı müvafiq olaraq 0,02 faiz bəndi azalaraq və 0,2 faiz bəndi artaraq 1,35 %-ə çatıb.

Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

“Chrome” – 79,79 % (0,78 faiz bəndi çox və 1,87 faiz bəndi az)

“Opera” – 6,67 % (0,39 faiz bəndi az və 0,81faiz bəndi çox)

“Edge” – 5,23 % (0,41 faiz bəndi az və 2,08 faiz bəndi çox)

“Safari” – 3,15 % (0,14 faiz bəndi və 0,68 faiz bəndi az)

“Firefox” – 2,26 % (0,25 faiz bəndi çox və 0,49 faiz bəndi az)

Mobil cihazlarda:

“Chrome” – 78,13 % (0,48 faiz bəndi və 4,65 faiz bəndi çox)

“Safari” – 11,94 % (0,11 faiz bəndi və 3,84 faiz bəndi az)

“Samsung Internet” – 6,72 % (0,39 faiz bəndi və 1,4 faiz bəndi az)

“Opera” – 1,89 % (0,03 faiz bəndi az və 0,85 faiz bəndi çox)

“Yandex Browser” – 0,8 % (0,03 faiz bəndi və 0,30 faiz bəndi çox)

Planşetlərdə:

“Chrome” – 69,84 % (23,9 faiz bəndi çox və 7,45 faiz bəndi az)

“Safari” – 21,36 % (4,73 faiz bəndi və 7,22 faiz bəndi çox)

“Android” – 6,17 % (29,64 faiz bəndi və 0,21 faiz bəndi çox, bununla da “Android”in aprel ayı ərzində bazar payı 83 % azalıb)

“Yandex Browser” – 1,11 % (0,36 faiz bəndi və 0,39 faiz bəndi çox)

“Opera” – 0,85 % (0,30 faiz bəndi və 0,30 faiz bəndi çox)