Azərbaycanda mobil rabitə gəlirləri 6 %-ə yaxın artıb

İKT
  • 17 avqust, 2024
  • 05:42
Azərbaycanda mobil rabitə gəlirləri 6 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 690,7 milyon manat gəlir əldə edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % çoxdur.

Təkcə iyulda isə adıçəkilən xidmətlərdən 105 milyon manat gəlir əldə edilib ki, bu da əvvəlki aya nisbətən 0,2 % az, ötən ilin eyni dövrünün göstəricisindən 1,1 % çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 158,5 milyon manat gəlir əldə edilib.

44 - Tezliklə