Azərbaycanda mobil cihazlarda “İOS”un bazar payı 25 % azalıb

İKT
  • 02 iyul, 2024
  • 11:36
Azərbaycanda mobil cihazlarda “İOS”un bazar payı 25 % azalıb

İyun ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 86,83 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin iyun hesabatına istinadən verdiyi məlumata görə, bu, may ayına nisbətən 3,15 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 4,43 faiz bəndi çoxdur.

Hesabat dövründə “İOS” əməliyyat sisteminin bazar payı müvafiq olaraq 2,91 faiz bəndi və 4,28 faiz bəndi azalaraq 12,82 %-ə enib. Beləliklə də bir il ərzində “İOS”un bazar payı 25 % azalıb.

İyunda planşetlərdə "Android”in bazar payı müvafiq olaraq 2,76 faiz bəndi artaraq və 2,33 faiz bəndi azalaraq 71,54 % olub.

Həmin cihazlarda “İOS”un bazar payı 27,48 % təşkil edib ki, bu da may ayına nisbətən 3,23 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 1,85 faiz bəndi azdır.

Son xəbərlər

Bütün Xəbər Lenti