Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 21 %-dək artıb

İKT
  • 20 mart, 2023
  • 06:26
Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 21 %-dək artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 459,3 milyon manatlıq xidmət göstərib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bunun 71,2 %-i əhali sektoruna aid olub.

Yanvar-fevral aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki illə müqayisədə 20,7 % artıb, bu sahədə əldə edilmiş gəlirin 83,3 %-i qeyri-dövlət sektorunun payına düşüb.

44 filmi