Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri 13 %-dən çox artıb

Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri 13 %-dən çox artıb Bu ilin yanvar-may aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 168,7 milyon manatlıq xidmət göstərib.
İKT
30 İyun , 2023 11:59
Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri 13 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 168,7 milyon manatlıq xidmət göstərib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 % çoxdur.

Göstərilən xidmətlərin 76,7 %-ni əhali istehlak edib.

Beş ay ərzində xidmətlərdən əldə edilən gəlirin 38,6 %-i və ya 450,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi