Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 12 % artıb

İKT
  • 20 may, 2023
  • 07:25
Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 12 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin göstərdiyi xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 12,1 % artaraq 920,8 milyon manat təşkil edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bunun 77 %-i əhali tərəfindən istehlak olunub.

4 ay ərzində xidmətlərdən əldə edilən gəlirin 38,5 %-i və ya 354,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

44 - Tezliklə