Azərbaycanda İKT-nin inkişaf etdirilməsi üçün təkliflər paketi hazırlanacaq

Azərbaycanda İKT-nin inkişaf etdirilməsi üçün təkliflər paketi hazırlanacaq "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" (AİKTSA) İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi ilə ölkəmizdə İKT-nin inkişaf etdirilməsi üçün təkliflər paketinin haz
İKT
10 Oktyabr , 2022 16:18
Azərbaycanda İKT-nin inkişaf etdirilməsi üçün təkliflər paketi hazırlanacaq

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" (AİKTSA) İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi ilə ölkəmizdə İKT-nin inkişaf etdirilməsi üçün təkliflər paketinin hazırlanmasına dair razılıq əldə edib.

Bu barədə "Report"a Assosiasiyadan bildirilib.

Məlumata görə, bununla bağlı keçirilmiş görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, rəhbərlik etdiyi qurum işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmini, əmək bazarının araşdırılması, işəgötürənlərə dəstək, məşğulluq xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması məqsədilə proqram və layihələr həyata keçirir. Qurumun bu yöndə 24 funksional istiqaməti mövcuddur.

Onun sözlərinə görə, Agentlik daim əmək bazarını araşdırır, müasir çağırışları öyrənir və bu, İKT-nin daha da inkişaf etdirilməsində mühüm rol oynayır.

AİKTSA-nın İdarə Heyətinin sədri Elvin Abbasov isə İKT-nin inkişafı istiqamətində əldə olunan nailiyyətlər, qarşıya çıxan çətinliklər və imkanlardan danışıb.

Görüşdə AİKTSA ilə Agentliyin birgə fəaliyyətinin verəcəyi töhfələr, bu sahə üzrə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi