Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “digital.azerbaijan” brendi altında rəqəmsal xidmətlərə vahid giriş sistemi olan “digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyasını istifadəyə verib.
İKT
6 May , 2024 16:03
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “digital.azerbaijan” brendi altında rəqəmsal xidmətlərə vahid giriş sistemi olan “digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyasını istifadəyə verib.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, yeni versiyada “digital.login” vətəndaşların rahat istifadəsi üçün iki əsas funksionallığı təqdim edir. Vətəndaşlar ilk növbədə sistemə inteqrasiya edilmiş 140-dan çox portaldan vahid giriş vasitəsilə istifadə imkanı əldə edirlər. Digər mühüm funksionallıq isə vətəndaşın özü haqqında olan məlumatların qurumlar tərəfindən istifadəsinə razılıq vermə səlahiyyətini idarə edə bilməsidir. Qeyd edək ki, vətəndaşlar “myGov” portalında artıq bu funksiyadan istifadə edə bilirlər.

“digital.login” həlli fiziki şəxslərlə (vətəndaşlar) yanaşı, eyni zamanda, hüquqi şəxslərin də istifadəçi təcrübəsini optimallaşdırır. Vətəndaş tərəfindən razılığın idarə olunması ilə qurumlar vətəndaş razılığı əsasında onlara tələb olunan məlumatları rahatlıqla sorğulamaq imkanı əldə edirlər.

Bütün bu funksionallıqlar dövlət-vətəndaş münasibətlərində səmərəlilik və məmnuniyyət baxımından yeni səhifə açır. Belə ki, “digital.login” vətəndaşların rəqəmsal xidmətlərdən istifadəsi üçün 5 mövcud autentifikasiya, yəni vətəndaşın kimliyinin tanınması üsullarını sadələşdirir və bu prosesi daha təhlükəsiz edir. Bu, vətəndaşın vaxtına qənaət edərək müxtəlif rəqəmsal xidmət portallarına girişi yüksək səviyyədə optimizasiya edir və vətəndaş məmnuniyyətini artırır. Bununla yanaşı, vətəndaş özü haqqında olan məlumatların etibarlı mühitdə saxlanıldığından da əmin olur, çünki “digital.login” gücləndirilmiş təhlükəsizliyi ilə bu imkanı yaradır.

Xatırladaq ki, “digital.login”dən 16 yaşından yuxarı Azərbaycan vətəndaşları, o cümlədən hüquqi şəxslər istifadə edə bilər. Hal-hazırda ölkə üzrə 3,3 milyon vətəndaşın “digital.login” hesabı mövcuddur. Yenilənmiş sistemə ölkənin 146 portalı inteqrasiya edilib və bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi davam edir.

Son xəbərlər

Orphus sistemi