Azərbaycan Türkiyədən smartfon idxalını bərpa edib
- 30 mart, 2023
- 06:30
Bu ilin ilk ayında Azərbaycana xaricdən 17 milyon ABŞ dolları dəyərində 69 min 362 ədəd smartfon gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 42 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 11,85 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8,6 % çoxdur) 60 min ədəd (+4 %), Hindistandan 3,52 milyon ABŞ dolları dəyərində (+67 %) 10 min 760 ədəd (+16 %), Vyetnamdan 2,5 milyon ABŞ dolları dəyərində (-73 %) 12 min 858 ədəd (-76 %), Türkiyədən 182,41 min ABŞ dolları dəyərində 21 min 227 ədəd və Koreyadan 1,4 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb) cihaz alıb.
İki il 2 aylıq fasilənin ardından Türkiyədən smartfon tədarükü bərpa edilib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana idxal edilən (13 ölkədən) 1 milyon 144 min ədəd smartfonun 59,3 %-i Çinin payına düşüb.