Azərbaycan Çexiyadan smartfon alışını bərpa edib

İKT
  • 30 may, 2023
  • 13:37
Azərbaycan Çexiyadan smartfon alışını bərpa edib

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 74,1 milyon ABŞ dolları dəyərində 261 min 918 ədəd smartfon gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 % çoxdur, kəmiyyət olaraq – 15,5 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 46,35 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 % çoxdur) 168 min 735 ədəd (-11,2 %), Vyetnamdan 19,12 milyon ABŞ dolları dəyərində (+43 %) 67 min 207 ədəd (-20 %), Hindistandan 8,39 milyon ABŞ dolları dəyərində (+9 %) 25 min 608 ədəd (-28 %), Çexiyadan 113,53 min ABŞ dolları dəyərində 122 ədəd və Amerika Birləşmiş Ştatlarından 43,42 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 45 ədəd (+3,2 dəfə) cihaz alıb.

Bir il 11 aylıq fasilənin ardından Çexiyadan Azərbaycana smartfon tədarükü bərpa edilib.

2022-ci ildə Azərbaycana idxal edilən (13 ölkədən) 1 milyon 144 min ədəd smartfonun 59,3 %-i Çinin payına düşüb.