Amerikanın texnologiya şirkəti “Apple” süni intellekt sistemlərini öyrətmək üçün nəşrlərin arxivindən istifadə etmək üçün icazə almaq üçün əsas xəbər mediası və nəşriyyatları ilə danışıqlara başlayıb.
“Report”un məlumatına görə, bu barədə Rusiya mətbuatı “The New York Times”a istinadən məlumat yayıb.
Texnologiya nəhəngi xəbər məqalələrinin arxivlərini lisenziyalaşdırmaq üçün azı 50 milyon dollar dəyərində çoxillik müqavilələr bağlayıb. Şirkətin tərəfdaşları arasında həftəlik “The New Yorker”, “NBC News”, “The Daily Beast” nəşri və başqaları kimi böyük informasiya platformaları var.
Mənbələr bəzi nəşriyyat rəhbərlərinin “Apple”ın təklifinə soyuqqanlı olduqlarını bildiriblər. Menecerlər “Apple”ın şirkətə məxsus lisenziyalı məzmundan istifadə etməsi nəticəsində üzləşə biləcəkləri hüquqi məsuliyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.