“Apple”ın Azərbaycanın planşet bazarındakı payı azalmaqda davam edir
- 02 iyul, 2024
- 11:06
İyun ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 49,47 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin iyun hesabatına istinadən verdiyi məlumata görə, bu, may ayına nisbətən 0,67 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə isə 11,35 faiz bəndi azdır.
İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı müvafiq olaraq 3,23 faiz bəndi azalaraq və 1,85 faiz bəndi artaraq 27,48 % təşkil edib. Şirkətin bazar payı ardıcıl olaraq ikinci aydır azalmaqda davam edir.
Üçüncü pillədəki “Xiaomi”nin bazar payı müvafiq olaraq 0,26 faiz bəndi və 6,37 faiz bəndi artaraq 10,87 % olub.
Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı müvafiq olaraq 2,5 faiz bəndi və 1,27 faiz bəndi artaraq 5,84 %-ə çatıb.
İlk beşliyi 1,69 %-lik bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 1,28 faiz bəndi azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,68 faiz bəndi artıb.