Güləş üzrə ikiqat dünya çempionu: "Titulları qorumaq və sayını artırmaq lazımdır"

İdman
  • 23 sentyabr, 2025
  • 06:09
Güləş üzrə ikiqat dünya çempionu: Titulları qorumaq və sayını artırmaq lazımdır

Titulları qorumaq və sayını artırmaq lazımdır.

"Report" xəbər verir ki, bunu Yunan-Roma güləşi üzrə ikiqat dünya çempionu Ülvi Qənizadə deyib.

"Yarış çox çətin keçdi, ən gərgin görüşüm finalda baş tutdu. Çünki finalda fransız idmançı ilə üçüncü dəfə idi ki, qarşılaşırdım. Ümid edirəm ki, əldə edilən nəticələrlə xalqımıza sevinc bəxş etdim. Amma buna görə arxayınlaşmamalıyam. İnanıram ki, bunu bacara biləcəyəm. Üzərimdə əziyyəti olan hər bir kəsə - federasiya rəhbərliyinə, məşqçilər korpusuna, həkimlərə ayrı-ayrılıqda təşəkkür edirəm. Ümid edirəm ki, növbəti yarışlarda onların ümidini doğruldacam", - milli üzvü bildirib.

Qeyd edək ki, yığma hesabında 89 xalla ikinci yeri tutub. Güləşçilər mundialda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Ülvi Qənizadə (72 kq) qızıl, Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medala sahib çıxıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti