İrakli Kobaxidze: Rusiyaya qarşı siyasətimiz aydındır, əsas qırmızı xəttimiz işğal məsələsidir

Region
  • 22 dekabr, 2025
  • 23:12
İrakli Kobaxidze: Rusiyaya qarşı siyasətimiz aydındır, əsas qırmızı xəttimiz işğal məsələsidir

Rusiyaya münasibətdə siyasətimiz tamamilə aydındır, işğal məsələsinə dair qırmızı xətlərimiz var.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Rustavi 2" telekanalının efirində bildirib.

Kobaxidze qeyd edib ki, Gürcüstan ərazilərinin 20 faizi işğal altında olduğu müddətdə status-kvonun əsaslı şəkildə dəyişdirilməsi, o cümlədən diplomatik münasibətlərin bərpası mümkün deyil.

Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə ticarət-iqtisadi əlaqələrə malik olsa da, bu münasibətlər praqmatik çərçivədə saxlanılır:

"Rusiyaya qarşı siyasətimiz çox aydındır. Bir tərəfdən, işğal məsələsi ilə bağlı qırmızı xətlərimiz var. Ərazilərimizin 20 faizi, iki tarixi bölgəmiz işğal altında qaldığı müddətdə, diplomatik münasibətlərin bərpası da daxil olmaqla, status-kvonu əsaslı şəkildə dəyişdirmək mümkün deyil. Bunun hüquqi və siyasi əsasları mövcuddur", – Baş nazir vurğulayıb.

Kobaxidze əlavə edib ki, Gürcüstanın əsas məqsədi münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır:

"Bu yolda çoxsaylı çətinliklər mövcuddur və qlobal siyasi proseslər də mürəkkəb şəkildə inkişaf edir. Gələcəkdə vəziyyətin necə dəyişəcəyini zaman göstərəcək. Lakin ictimaiyyətə açıq şəkildə bildiririk ki, qırmızı xətlərimiz var və əsas qırmızı xəttimiz işğal məsələsidir".

Son xəbərlər

Bütün Xəbər Lenti