Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün
DGK-dan “Report”a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilib, ölkəyə gələn və ölkədən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd və gömrük nəzarətinin effektivliyinin daha da artırılması və yoxlama müddətlərinin maksimal azaldılması məsələləri nəzərdən keçirilib.
Bu məqsədlə sərhəd nəzarəti və gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə Prezident
Bununla yanaşı, gömrük-sərhəd buraxılış məntəqəsində yeni xidmətlərin tətbiqinə dair iki layihəyə baxılıb. CIP və Fast Track (sürətli ödənişli keçid) xidmətlərilə bağlı olan bu layihələrin hazırlanmasına start verilib. Bu layihələrə əsasən, biznes təmsilçiləri və işgüzar şəxslərəgömrük-sərhəd buraxılış məntəqəsində növbədənkənar xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Daha sonra"Samur" gömrük-sərhəd buraxılış məntəqəsində elektron növbə sisteminin tətbiqi ilə bağlı infrastruktura baxış keçirilib. Bu sistemin tətbiq olunması hesabına isə gömrük-sərhəd keçid məntəqələrində sıxlıqların aradan qaldırılması nəzərdə tutulur. Belə ki, qabaqcadan "on-layn" növbə tutmaq vətəndaşların və nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçidini asanlaşdırmağa yardım edir.
Səfər çərçivəsində adıçəkilən qurumların rəhbərləri "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsi, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması ilə əlaqədar hallarda dövlət sərhədindən keçən şəxslərin artıq vaxt itkisinə məruz qalmadan miqrasiya orqanlarına müraciət edə bilmələri üçün yaradılmış şəraitlədətanış olublar. Bu tədbirin Azərbaycan vətəndaşları və əcnəbilərin sərhədkeçmə prosedurları ilə əlaqədar məmnunluq səviyyəsinin yüksəldilməsinə yönəlmiş ciddi addım olması qeyd edilib.
Daha sonra Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə "Samur" gömrük-sərhəd buraxılış məntəqəsinin qarşısında abadlaşdırılma işlərinin aparılması və vətəndaşlar üçün daha əlverişli şəraitin yaradılması məsələləri müzakirə olunub, Azərbaycan və Rusiya Federasiyası hökumətləri arasında imzalanmış sazişə uyğun olaraq "Samur" çayı üzərində yeni körpünün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib.