Bir müddət öncə məlum oldu ki, Rusiya Azərbaycan və Gürcüstandan keçməklə (Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə) Türkiyəyə, oradan da Avropaya çatdırılma məqsədi ilə yük daşımalarının, o cümlədən konteyner daşımalarının bir hissəsini Trans-Sibir (Transsib) dəmir yolu xəttinə keçirməyi planlaşdırır.
Transsibdən yüklərin Bakı-Tbilisi-Qars (BTQ) magistralına yönləndirilməsi marşruta hansı perspektivləri vəd edir və onun rəqabət üstünlüklərinə necə təsir edəcək?
Məsələni "Report" üçün şərh edən Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev Rusiya Dəmir Yollarının (RDY) Azərbaycan üzərindən Türkiyə və İrana tranziti üzrə əsas yüklənmənin azaldılmasının bir variantı kimi nəzərdən keçirdiyini deyib.
“Faktiki olaraq, Rusiya Bakı-Tbilisi-Qars layihəsinə artıq qoşulub. Bu ilin mayında Ankarada Rusiya, Türkiyə və Azərbaycanın dəmir yollarının rəhbərləri üçtərəfli memorandum imzaladılar. Məhz həmin vaxt Rusiya Dəmir Yollarının (RDY) başçısı Oleq Belozyorov Bakı-Tbilisi-Qars dəhlizi üzrə Trans-Sibir magistralı ilə Çin, Cənubi Koreya və digər Asiya-Sakit okeanı ölkələrindən gələn yüklərin gedəcəyini bəyan etdi.
Söhbət iki yük axınından gedir ki, bura, ilk olaraq, Türkiyə idxalçılarına çatacaq əsas etbarı ilə Rusiya, (kömür, ağac, buğda) bir qisim də Çin malları daxildir. Rusiya-Türkiyə arasında dənizlə birbaşa yolla illik yük axını 6 milyon ton, avtomobil və Avropanın tranzit dəmir yol magistralları (Bolqarıstan üzərindən) ilə 20 milyon ton səviyyəsindədir. RDY bu yük axınlarını öz nəzarətinə götürərək yükləri birbaşa BTQ vasitəsilə göndərməyi planlaşdırır”.
“Moskva getdikcə Azərbaycan nəqliyyat habının həm BTQ həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi istiqamətində genişləndirilməsi üzrə səylərini artıracaq”.
Aleksandr KaravayevНаучный сотрудник Института экономики Российской академии наук Александр Караваев
“Digər tərəfdən, söhbət Cənub və Asiya-Sakit Okeanı regionunun idxalçılarına yollanan Rusiya yüklərindən gedir. Belə ki, Rusiyanın Asiya-Sakit okeanı regionundan yük dövriyyəsinin 50%-i Transsibin payına düşür. Bu mənada BTQ Rusiyanın Uzaq Şərqdəki kömür terminallarındakı yüksək səviyyəli mövsümü yüklülük problemini və Qara dənizdə buğda terminallarında (Novorosiyskdə 3 terminal, Qafqaz və Taman limanlarının hərəsində 1 terminal) yükləmə güclərinin defisitini həll edə bilər.
RDY Azərbaycan üzərindən Türkiyə və İrana tranziti əsas yüklənmənin azaldılmasının bir variantı kimi nəzərdən keçirir. Moskva və Bakı tərəfdaşlıq məramlarını artıq qeydə alıb. Belə ki, tərəflər buğda və taxta-şalban daşınması üzrə birgə müəssisə yaradıblar. O, regionda buğda məhsullarının daşınması üzrə vaqon parkına malik olan yeganə şirkətdir. Azərbaycan Rusiya buğdası və meşəsi üçün tranzit ölkəyə çevrilir ki, bu məqamda da onun büdcəsi üçün əhəmiyyətli maraq görülməkdədir. Moskva getdikcə Azərbaycan nəqliyyat habının həm BTQ, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi istiqamətində genişləndirilməsi üzrə səylərini artıracaq”, - ekspert əlavə edib.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Öyrənilməsi Mərkəzinin elmi əməkdaşı Stanislav Pritçinin fikrincə, BTQ kimi inkişaf etmiş infrastrukturun olması Rusiyadaxili regionların investisiya cəlbediciliyi üçün çox əlverişlidir.
“İlkin mərhələdə Rusiyanın layihəyə münasibəti birmənalı deyildi. Lakin zamanla BTQ kimi ciddi infrastruktur layihəyə alternativ demək olar olmadı. Xəzəryanı regionların inkişafında dair planlar, Şimal-Cənub kimi geosiyasi layihələrin inkişafı şəraitində BTQ kimi inkişaf etmiş infrastrukturun olması Rusiyadaxili regionların investisiya cəlediciliyi üçün çox əlverişlidir. Belə ki, bu gün Rusiyanı Azərbaycan və eyni zamanda Türkiyə ilə birləşdirən infrastrukturu istifadə etmək üçün Dağıstanda ixrac yönlü iqtisadi layihələri inkişaf etdirmək olar. BTQ-nin
“BTQ Çin ixracatçılarının bu bazarlara təchizatı baxımından əhəmiyyət qazanan vacib elementə çevrilir”.
Stanislav PritçinНаучный сотрудник Центра исследований Центральной Азии и Кавказа Института востоковедения РАН Станислав Притчин
Ekspert hesab edir ki, Azərbaycan maksimal əlverişli geosiyasi mövqeyindən istifadə edərək tranzit istiqamətlərinin inkişafına təkan verir: “Bu zaman Azərbaycan prosesin aktiv oyunçusu olmaqla, özü bu tip layihələrin təşəbbüskarı kimi çıxış edir və onları maliyələşdirir. Bu səpkidə son hal kimi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin son detalı olan İran ərazisində olan hissənin tikintisinin başa çatdırılmasını kreditləşdirmək niyyətini ortaya qoyması göstərilə bilər. Bu da onu göstərir ki, Azərbaycan öz tranzit potensialını istifadə etməyə başlamaq üçün bütün layihələri başa çatdırmaq üçün siyasi iradə və iqtisadi səy ortaya qoyur. BTQ və “Bir kəmər, bir yol” layihələri praktiki reallaşdırma mərhələsinə çıxandan sonra faktiki olaraq bir-birlərinin elemtlərinə çevrildilər və bir birlərini tamalamaqla ahəng təşkil edirlər. Belə ki, Çinin Türkiyə və İranla iqtisadi əlaqələrinin inkişafı birbaşa infrastrukturun varlığını labüd edir. Bu mənada BTQ Çin ixracatçılarının bu bazarlara təchizatı baxımından əhəmiyyət qazanan vacib elementə çevrilir”.
Xatırladaq ki, ötən ayın 19-da "Azərbaycan Dəmir Yolları" QSC “Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyasının (TDƏŞ) üzvlüyünə qəbul edilib. Trans-Sibir dəmir yolu magistralı (tarixi adı Böyük Sibir Yoludur) Moskvanı Rusiyanın Şərqi Sibir və Uzaq Şərq sənaye şəhərləri ilə birləşdirən Avrasiyadan keçən dəmir yolu xəttidir. Uzunluğu 9288,2 km olan Transsib dünyanın ən uzun dəmir yoludur. Magistralın tikilməsi nəticəsində tarixdə ilk dəfə olaraq Atlantik okeanın sahillərindən (Qərbi Avropadan) Sakit okeanı (Vladivostoka kimi) sahillərinə kimi qatarların bərə keçidlərindən istifadə etmədən yalnız relslər üzərində hərəkət etməsi mümkün olub. Magistralın başlanğıc nöqtəsi Moskva-Passajirskaya-Yaroslavskaya, son nöqtəsi Vladivostok stansiyasıdır. Transsibin ötürücülük qabiliyyəti illik 100 milyon tondur. Ötən il Rusiyanın dəmir yolları vasitəsilə 553 min konteyner yükü (TEU ekvivalentində) tranzit olaraq daşınıb. Bundan 351 mindən çoxu Şərq-Qərb istiqamətində həyata keçirilib. Transsibin iştirakı ilə Çinin 21 şəhəri ilə Avropanın 32 şəhəri arasında nəqliyyat əlaqələri mövcuddur. Ötən il ərzində Transsib üzrə konteyner daşınmaları 950 min TEU təşkil edib ki bunu da ¼-ni tranzit təşkil edib.