Baş Mingəçevir dəmir yolu stansiyasında yeni yoldəyişənlər quraşdırılır

İnfrastruktur
  • 23 fevral, 2018
  • 13:10
Baş Mingəçevir dəmir yolu stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Bakı. 23 fevral. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Baş Mingəçevir dəmir yolu stansiyasında yeni yoldəyişənlər quraşdırılır.

“Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, bu işləri 5 saylı və 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-lərin kollektivi həyata keçirir.

Sabah Baş Mingəçevir stansiyasının tək boğazlarında mövcud olan 4 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanacaq. İşlər mərhələli şəkildə davam etdiriləcək.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 124 yoldəyişən yenisi ilə əvəz olunub. 

Son xəbərlər

Bütün Xəbər Lenti