Açar sözü: Azərbaycan Dəmir Yolları
Qeyd edək ki, Vüsal Aslanov 2016-cı ilin iyulun 20-dən "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsində çalışıb.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) dekabrın 28-29-u tarixlərinə Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. “Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Bu, bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə həyata keçirilir.
Əgər Rusiya il ərzində bəyan edilmiş yük həcmini daşımasa, Rusiya Dəmir Yolları “Azərbaycan Dəmir Yolları” QSC-yə kompensasiya ödəməli olacaq. Əgər Bakı lazımi həcmdə yükü qəbul etməkdən imtina edərsə, ödənişi Rusiya şirkəti alacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus “Cənub Yük Terminalı” MMC-nin fəaliyyətinin genişləndirilməsi müzakirə olunub. "Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "Astara Terminal" MMC-nin adı "Cənub Yük Terminalı"na dəyişdirilib. “Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Xatırladaq ki, ADY sözügedən şirkəti 2020-ci ildə yaradıb. Onun nizamnamə kapitalı 200 manatdır.
Azərbaycanın quru sərhədləri açılsa, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Tbilisi-Bakı reysini bərpa edəcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bərpa etməyə hazırlaşdığı Bakı-Balakən-Bakı istiqamətində vaqonlar yataq tipli olacaq və onlar restavrasiya edilib. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Bu il “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişin daşımalarında rekord göstərici qeydə alınıb. "Report" xəbər verir ki, səhmdar cəmiyyəti ötən il olduğu kimi bu il də nəzərdə tutulmuş hədəfi aşaraq il ərzində ilk dəfə 8 milyon sərnişin daşıyıb.
Qeyd edək ki, 2024-cü avqust ayında Nazirlər Kabineti “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında qərar qəbul edib.
Dəmir Yolları” və “Bakı Metropoliteni” QSC-lər təmsil olunur.