"Baku Bus": Bəzi avtobusların intervalında ləngimələr yaranıb

"Baku Bus": Bəzi avtobusların intervalında ləngimələr yaranıb Bu, mərkəzi küçələrdə müşahidə olunan avtomobil sıxlığı ilə bağlıdır
İnfrastruktur
19 Mart , 2018 10:10
Baku Bus: Bəzi avtobusların intervalında ləngimələr yaranıb

Bakı. 19 mart. REPORT.AZ/ Novruz bayram tədbirləri ilə əlaqədar Bakının bir sıra mərkəzi küçələrində avtomobil sıxlığı müşahidə olunduğundan "Baku Bus" MMC-nin bəzi istiqamətlərdə hərəkət edən avtobuslarının intervalında müvəqqəti ləngimələr yaranıb.

Bunu "Report"a şirkətin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev deyib.

Onun sözlərinə görə, aşağıdakı yollardakı hərəkət normallaşdıqdan sonra avtobusların intervalı qrafikə uyğun təmin olunacaq: 

1.Tbilisi prospekti - Şəhər istiqamətində, Akademik Şəfayət Mehtiyev küçəsi;

2. Qara Qarayev prospekti - Özbəkistan küçəsi ilə kəsişmədən Koroğlu metro stansiyası istiqamətində;

3. 28 may küçəsi - Puşkin küçəsi ilə kəsişmədən R.Behbudov küçəsi;

4. A.Cəlilov küçəsi - F.Bayramov küçəsi;

5. Bülbül prospekti - Xəqani küçəsi;

6. Nobel prospekti - Süleyman Əhmədov küçəsi;

7. Yusif Səfərov küçəsi - Cavanşir körpüsü istiqamətində hərəkət edən nəqliyyat vasitələri M.Mehtizadə küçəsinə yönləndirilir;

8. Zərifə Əliyeva prospekti.

Son xəbərlər

Orphus sistemi