Bakı-Sumqayıt istiqamətində xəttə əlavə qatarlar buraxılacaq
İnfrastruktur
- 05 may, 2020
- 16:24
Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) qurumun sədri Cavid Qurbanovun rəhbərliyi ilə videokonfrans şəklində kollegiya iclası olub.
“Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, iclasda pandemiya dövründə ADY-nin müxtəlif strukturlarının fəaliyyətinə dair hesabatlar dinlənilib. Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin sıxlığı müşahidə olunur. Sərnişin tələbatının artdığını nəzərə alaraq, həmin marşrut üzrə əlavə qatarların xəttə buraxılmasına qərar verilib.
İclasda ilin sonunadək icrası nəzərdə tutulan vacib məsələlər müzakirə olunub, konkret tədbirlər müəyyənləşdirilib.
Son xəbərlər
07:00
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət06:43
Ağdama qayıdan şəhid bacısı: Həsrətini çəkdiyim torpağa gedirik
Daxili siyasət06:40
Keçmiş məcburi köçkün: Ağdam keçmişimiz və kimliyimizdir
Daxili siyasət06:12
Belçika ABŞ səfirini məhkəməyə verib
Digər ölkələr05:52
Britaniyada kralın qardaşına qarşı iddiaları araşdırmaq üçün bölmə yaradılıb
Digər05:14
Britaniya bankirləri "Visa" və "Mastercard"a milli alternativi müzakirə edəcəklər
Digər05:02
ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
Digər ölkələr04:33
Orban müxalifəti Aİ ilə gizli əməkdaşlıqda günahlandırıb
Digər ölkələr04:27