Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilib
İnfrastruktur
- 26 dekabr, 2019
- 06:09
“Azərbaycan Dəmir Yolları” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sərnişlərin artan tələbatını təmin etmək məqsədi ilə Bakı-Gəncə-Bakı istiqamətində əlavə bir qatar təyin edib.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı hər iki istiqamətə təyin edilib.
Belə ki, 30 və 31 dekabr tarixlərində əlavə təyin edilən qatar Bakıdan saat 08:00-da yola düşəcək və Gəncəyə saat 11:45-də çatacaq. Gəncədən saat 16:00-da geri yola düşəcək olan qatar saat 19:45-də paytaxtda olacaq.
Qeyd edək ki, mövcud saat 08:45 Bakı-Gəncə və saat 17:00 Gəncə-Bakı sürət qatarları isə normal qrafikləri üzrə fəaliyyət göstərəcəklər.
Son xəbərlər
19:45
Maksim Prevo: Belçika İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir
Xarici siyasət19:40
Covanni Kristofoli: "Azərbaycan BP üçün neft-qaz hasilatının artırılması baxımından mühüm istiqamətdir"
Energetika19:39
ABŞ lideri neftin bahalaşmasından narahat olmadığını bildirib
Digər ölkələr19:30
Tramp İranda dini liderin hakimiyyətdə olmasını mümkün sayıb
Digər ölkələr19:27
Monteneqronun XİN başçısı İranın Naxçıvana dron hücumunu qınayıb
Xarici siyasət19:24
İran ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına zərbələr endirib
Digər ölkələr19:19
Koşta və fon der Lyayen Yaxın Şərq liderləri ilə İran ətrafındakı münaqişəni müzakirə edəcəklər
Digər ölkələr19:07
Tramp Kubanın tezliklə çökəcəyini bəyan edib
Digər ölkələr19:06