“Azərişıq” Sabirabadda işə qəbul müsabiqəsi keçirib

“Azərişıq” Sabirabadda işə qəbul müsabiqəsi keçirib Bakı. 5 aprel. REPORT.AZ/ “Azərişıq” ASC əhalinin məşğulluğunu təmin etmək üçün atılan addımlar çərçivəsində Sabirabadda işə qəbul müsabiqəsi keçirib.
İnfrastruktur
5 Aprel , 2018 20:38
“Azərişıq” Sabirabadda işə qəbul müsabiqəsi keçirib

Bakı. 5 aprel. REPORT.AZ/ “Azərişıq” ASC əhalinin məşğulluğunu təmin etmək üçün atılan addımlar çərçivəsində Sabirabadda işə qəbul müsabiqəsi keçirib. 

“Report” xəbər verir ki, qurumun sədr müavini Ramil Yusifovun başçılığı ilə İşə Qəbul Komissiyası Sabirabad rayonunun yeni inzibati binasında işə qəbulun şəffaf şəkildə həyata keçirilməsi, vakant yerlərə ən layiqli namizədin seçilməsi, müvafiq biliyə, təcrübəyə və peşəkarlığa malik şəxslərin “Azərişıq”da işə götürülməsi üçün müvafiq müsabiqə təşkil edib. 

Müsabiqə, əsasən, gənclərdən ibarət kadrlarla aparılıb. Məlumata görə, bu cür imtahanlar İşə Qəbul Komissiyası tərəfindən yazlı (test formasında) və şifahi qaydada aparılır, müvəffəq qiymət almış namizədlər “Azərişığ”ın Tədris Mərkəzində ongünlük kurslara cəlb edildikdən və müvafiq təlimatlarla tanış olduqdan sonra işə buraxılırlar.

Qeyd edək ki, “Azərişıq” ASC-nin kadr ehtiyatının formalaşdırılması zamanı bir neçə mənbədən istifadə olunur. Bunlar, əsasən, Dövlət Məşğulluq Mərkəzinin göndərişi ilə gəlmiş namizədlərdən, vətəndaşların birbaşa müraciətlərindən, kütləvi informasiya vasitələrində verilən elanlardan, Səhmdar Cəmiyyətin rəsmi internet saytına göndərilən CV-lərdən, ali, orta, texniki peşə və ya digər təhsil müəssisələrindən peşəkar ixtisaslı kadrların cəlb edilməsindən, habelə ASC-nin struktur bölmələrindən təklif olunan namizədlərin CV-lərindən ibarətdir.

Qurumun açıqlamasına görə, “Azərbaycan Respublikası regonlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası haqqında Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq, “Azərişıq” ASC Dövlət Məşğulluq Xidməti ilə birgə əhalinin məşğulluğu sahəsində aktiv iştirak edir və mütəmadi olaraq bütün rayon elektrik şəbəkələrində vətəndaşların işlə təmin olunmasını həyata keçirir.

Son xəbərlər

Orphus sistemi