Azərbaycanla Pakistan arasında çarter reysləri açılacaq

Azərbaycanla Pakistan arasında çarter reysləri açılacaq Azərbaycanla Pakistan arasında qeyri-müntəzəm təyyarə reysləri həyata keçiriləcək.
İnfrastruktur
9 Aprel , 2019 17:09
Azərbaycanla Pakistan arasında çarter reysləri açılacaq
Foto/Elchin Murad

Azərbaycanla Pakistan arasında qeyri-müntəzəm təyyarə reysləri həyata keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Sahibkarlar və Sənayeçilər Dərnəyinin (TUMSIAD) Pakistan ofisinin rəhbəri Çundari Anis İqbal aprelin 11-13-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə-Pakistan sərgisinə həsr olunan mətbuat konfransında deyib.

“Danışıqların yekun mərhələsindəyik. Həm "Azərbaycan Hava Yolları" QSC (AZAL), həm də Pakistan hökuməti razılıq verib. Bəzi təfərrütları razılaşdırmaq üçün bir görüş də keçirməliyik”, - deyən iş adamları birliyinin rəhbəri son vaxtlar Azərbaycana Pakistandan turist axınının artdığını, ötən il sayı 22 minə çatan pakistanlı turistlərin bu il 32 min olacağını gözlədiklərini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi