Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 yaşını qeyd edir
- 22 oktyabr, 2018
- 08:14
Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (AXDG) 160 illik yubileyini qeyd edir.
"Report" xatırladır ki, şirkət 2013-cü il oktyabrın 22-də Prezident İlham Əliyevin Azərbaycanda mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması barədə fərmanı əsasında yaradılıb.
Bununla belə, onun əsası 1858-ci ildə “Qafqaz və Merkuri” səhmdar cəmiyyətinin yaradılması ilə qoyulub.
1866-cıildə Cəmiyyətin Bakıda mexaniki zavodunun bünövrəsiqoyulub və donanmanın kadrlara tələbatını ödəmək məqsədilə 1881-ci ildə Bakı dənizçiliksinifləri təşkil edilib.
Sonrakıillərdə gəmiçiliyin donanması ölkədə və xaricdə inşa edilmiş yeni tipli gəmilərləzənginləşir. Xəzər dənizçilərinin ixtiyarına “çay-dəniz” tipli tankerlər,pambıq, taxta-şalban və s. daşıyan gəmilər verilir. 1962-ci ildə Xəzər Dəniz NəqliyyatıLayihə-Axtarış Elmi-Tədqiqat İnstitutu mütəxəssislərinin layihəsi əsasında odövr üçün Avropada ən böyük Bakı – Türkmənbaşı gəmi-bərə keçidi işə salınıb.
1960-cıildən etibarən Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Volqa - Balt kanalıvasitəsilə dünya sularına çıxmağa başlayıb.
SSRİNazirlər Sovetinin 31 oktyabr 1949-cu il tarixli “Xəzərdə dəniz neftistehsalının inkişafı haqqında” sərəncamı ilə “Azərneft” birliyi, onun tərkibindəisə SSRİ Neft Sənayesi Nazirliyinin 4 noyabr 1949-cu il tarixli əmri ilə “Üzənvasitələr” idarəsi yaradılır. Xəzər Dəniz Neft Donanmasının inkişafı məhz butarixdən başlanır. Həmin dövrdə “Artyomneft” və “Stalinneft” dəniz qazma trestlərininüzmə vasitələri yeni yaradılmış idarənin tərkibinə keçirilib. Bunlar əsasetibarilə “Transportnik”, “Qəbələ”, “BMK-90” tipli kiçik həcmli katerlər, özühərəkətetməyən20 tonluq üzən kranlar və barjlar idi. SSRİ Neft Sənayesi Nazirliyinin 22yanvar 1953-cü il tarixli əmri ilə “Üzən vasitələr” idarəsi “Xəzərdənizneftdonanma”idarəsinə çevrilib.
Dünyadailk neftdaşıyan “Aleksandr” barjı 1873-cü ildə Xəzərdə istismar edilib. Dünyadailk tanker – “Zərdüşt” də (1878-ci ildə inşa edilib) Xəzərdə səfərlər edib. İlkdaxiliyanma mühərrikli “Vandal” (1903-cü il), ilk reversivli iki mühərrikləçalışan “Delo” (1908-ci il) gəmiləri də Xəzər dənizində üzüb.
Hazırda AXDG-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı,ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanmasının tərkibində 51 gəmi, o cümlədən 20tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, eləcə də1 texniki gəmi və 1 üzən emalatxana var. İxtisaslaşdırılmış donanma isə 210gəmidən, o cümlədən 20 kran, 25 təchizat-yedək, 26 sərnişin, 2 borudüzən, 6yanğınsöndürən, 7 mühəndis-geoloji, 2 dalğıc, 88 xidməti və köməkçi gəmidənibarətdir.
Hazırdaqurumun 14 gəmisi beynəlxalq sularda üzür.