Yusif Eyvazov Kreml Sarayının səhnəsində konsert verəcək

İncəsənət
  • 20 dekabr, 2018
  • 12:26
Yusif Eyvazov Kreml Sarayının səhnəsində konsert verəcək

Bakı. 20 dekabr. REPORT.AZ/ Opera ulduzları Yusif Eyvazov, Anna Netrebko, Andrea Bocelli və Olqa Peretyatko iyunun 4-də Dövlət Kreml Sarayının səhnəsində birgə konsert verəcəklər.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə konsertin təşkilatçısı Berin Iglesias Art. Şirkətinin Mətbuat xidmətindən bildirilib.

"Opera ulduzlarını toplamaq qeyri-mümkün görünürdü, çünki onların hər birinin cədvəli artıq qarşıdakı illər üçün qurulub. Onlar hazırda ən çox tələbat görən opera artistləridir", - məlumatda qeyd olunub.

Pərəstişkarları qeyd edirlər ki, Rusiyanın xalq artisti Anna Netrebkonun həyat yoldaşı Yusif Eyvazovla birgə konsertləri xüsusi enerjisi ilə fərqlənir.

Konsert simfonik orkestr və xorla müşayiət ediləcək.

44 - Tezliklə