Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb - YENİLƏNİB

Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb - YENİLƏNİB Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb.
Hərbi
21 Yanvar , 2020 12:13
Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb - YENİLƏNİB

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, nazir, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov və səfirlik əməkdaşları Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstünü ziyarət ediblər.

Müdafiə naziri büstün önünə əklil qoyub.

Səfər çərçivəsində Z.Həsənov gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşəcək. Nazirin Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşü də planlaşdırılıb.

Müdafiə nazirinin qonşu ölkəyə rəsmi səfəri yanvarın 22-də başa çatacaq. 


*** 11:15

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-də Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilir.  

Səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi