Müdafiə naziri general-polkovnik
"Report"
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!
Müsəlmanların mənəvi birlik və həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Xalqımızın ümummilli lideri
Ulu Öndərin ideyalarını sədaqətlə davam etdirən Prezident
Azərbaycanın dövlət quruculuğunda prioritet məsələ sayılan ordu quruculuğu da ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə inkişaf etdirilir, inamlı islahatlar keçirilir, ordunun maddi-texniki təminatının daha da güclənməsi, müasir hərbi infrastrukturların qurulması ilə əlaqədar addımlar atılır.
Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması, hərbi qulluqçuların mütəmadi olaraq xidməti və daimi mənzillərlə təmin edilməsi, onların maddi, sosial-məişət, xidmət şəraitlərinin daha da yaxşılaşdırılması və dövlət başçısının digər güzəştlərlə bağlı verdiyi sərəncamlar isə Ordumuzun daima diqqət mərkəzində saxlandığına əyani sübutdur.
Bu müqəddəs bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizi ehtiramla yad edir, müqəddəs amal naminə sağlamlığını itirmiş hərbi qulluqçuları, veteranlarımızı və onların ailə üzvlərini də Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığınızı daha da gücləndirəcəksiniz.
Sizi müqəddəs Qurban bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə nailiyyətlər arzulayıram.
Qurban bayramınız mübarək olsun!".