Müdafiə Nazirliyi: Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırılıb

Müdafiə Nazirliyi: Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırılıb Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyası, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Gizir hazırlığı və MAHHXHQ-ın hazırlığı, həmçinin zabit ixtisası üzrə təkmilləşdirmə kursları, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Hərbi Lisey, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi və Hərbi Tibb Məktəbi də yüksək səviyyədə fəaliyyət göstərirlər. Hərbi təhsildə əldə olunan uğurlardan biri də xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul ballarının artırılmasıdır.
Hərbi
27 İyul , 2019 10:43
Müdafiə Nazirliyi: Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırılıb

"Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyası, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlığı" və "MAHHXHQ-ın hazırlığı", həmçinin zabit ixtisası üzrə təkmilləşdirmə kursları, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Hərbi Lisey, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi və Hərbi Tibb Məktəbi də yüksək səviyyədə fəaliyyət göstərirlər. Hərbi təhsildə əldə olunan uğurlardan biri də xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul ballarının artırılmasıdır".

Müdafiə Nazirliyindən "Report"a verilən məlumat görə, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul ballarının artırılması gələcəkdə daha savadlı, daha peşəkar kadr hazırlığına və Azərbaycan Ordusunun imicinin artmasına da öz töhfəsini verəcək.

Qeyd olunub ki, döyüş hazırlığının daha da artırılması məqsədilə hərbi təhsil sisteminə ciddi diqqət yetirilir: "Dövlətimizin müasir tələblərə cavab verə biləcək güclü ordusunun formalaşdırılmasında, yüksək döyüş hazırlığının təmin edilməsində hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti var".

Nazirlikdən bildirilib ki, hərbi qulluqçuların sosial problemlərinin həllində ən mühüm addımlardan biri hərbi qulluqçuların və onların ailə üzvlərinin, eləcə də xidməti vəzifələrinin icrası zamanı həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin gücləndirilməsinə göstərilən qayğıdır: "Ölkəmizdə ordu quruculuğu istiqamətində uğurla aparılan islahatların, xidmət, sosial-məişət şəraitinin və hərbi qulluqçuların maddi vəziyyətinin yaxşılaşdırılmasının, döyüş hazırlığının müasir tələblərə cavab verə bilən səviyyəyə çatdırılmasının nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bundan əlavə, hərbi qulluqçulara məzuniyyət əvəzinə, pul kompensasiyasının ödənilməsi, müvəqqəti mənzil kirayəsi əvəzinə pul kompensasiyasının artırılması hərbi qulluqçuların və onların ailə üzvlərinin maddi rifahının yaxşılaşdırılması istiqamətində müsbət addım olmaqla yanaşı, sosial ədalət prinsipinin daim rəhbərliyin diqqətində olduğunun göstəricisidir ki, bu da ordumuzun imicinə böyük müsbət təsir edir. Azərbaycan Ordusunda ictimai nəzarətin və şəffaflığın təmin edilməsi məqsədilə "Açıq qapı" günləri keçirilir".

Son xəbərlər

Orphus sistemi