Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş silsilə bayram tədbirləri davam edir.
"Report" xəbər verir ki, avqustun 14-də Dənizkənarı Milli Parkda Dövlət Bayraq Meydanının yaxınlığında “Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda bayram tədbiri keçirilir.
Bayram tədbirində Azərbaycan Respublikasının Prezidenti
Tədbirdə Dövlət Sərhəd Xidmətinin döyüş və zirehli texnikası, uçuş vasitələri, pilotsuz uçuş aparatları, sərhəd gözətçi gəmiləri, ən müasir silah və sursatları, sərhəd mühafizə və digər xüsusi hərbi avadanlıqlar, dövlət sərhədinin mühafizəsində istifadə olunan mühəndis-texniki qurğular, sərhəd nəzarəti texnikası nümayiş olunur. Tədbir iştirakçılarına hərbi və döyüş texnikası ilə bilavasitə tanış olmaq, onların yanında şəkil çəkdirmək, səhra mətbəxində əsgər yeməyindən dadmaq, interaktiv tirdə atəş açmaq, qısa müddət ərzində özlərini sərhədçi kimi hiss etmələri üçün şərait yaradılıb.