Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan mütəxəssisləri yeni avtomat silah hazırlayıblar.
Bunu “Report”a açıqlamasında Müdafiə Sənayesi Nazirliyinin baş mühəndisinin müavini Emin Əhmədov deyib.
O bildirib ki, “AZ- 50” adlı avtomatın kalibri 7,62x39 mm, atış məsafəsi 1000 metrdir: “Yeni istehsalımız olan silahın çəkisi 3,6 kq-dır. Avtomat 6 teleskopik qundaqla təmin olunub. Dünyada ilk dəfə olaraq 50 tutumlu sandıqca tətbiq olunub. Bu da effektiv döyüş apara bilmək qabiliyyəti deməkdir. Avtomat eyni zamanda lazer tuşlayıcı ilə təmin olunub”.
Nazirlik rəsmisi qeyd edib ki, avtomatın sınaq müddəti bitib və seriyalı istehsalına başlanılıb: “Yaxın gələcək üçün avtomatın başqa versiyaları da hazırlanacaq. Mütəxəssislərimiz sandıqcada 60 gülləsi olan avtomatın üzərində çalışırlar və qısa müddətdə həmin silah təqdim olunacaq”.