Xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı tutulub

Xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı tutulub Bu il xaricdə münaqişə zonalarında döyüşən 11 Azərbaycan vətəndaşı saxlanılıb
Hərbi
25 Dekabr , 2015 14:32
Xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı tutulub

Bakı. 25 dekabr. REPORT.AZ/ Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmə­nistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. "Report" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində qeyd olunub.

Eyni zamanda, Azərbaycana məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və Azərbaycana məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb: "Hesabat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 8 nəfər vətəndaş xilas edilib. Sərhəd sularında keçirilən rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulan, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri- 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılıb".

Müşavirədə o da bildirilib ki, bu il dövlət sərhədini pozduğuna görə 461, sərhəd rejimi qaydalarını pozduqlarına görə 16 min 648 nəfər saxlanılıb: "Onların 55,1% Azərbaycan, 8,5% Özbəkistan, 7,6% İran, 4,3% Banqladeş, 3,9% Əfqanıstan, 2,6% Gürcüstan, 2,4% Moldova, 2,2% Rusiya, 1,7% Türkiyə, 1,3% Nigeriya, 1,3% Qırğızıstan, 9,1% digər ölkə vətəndaşları olub".

Bundan başqa, il ərzində 4 011 nəfər axtarışda olan şəxs tutulub, 269 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 20 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb: "İl ərzində 5 milyon 242 min manat dəyərində qaçaqmal tutulub, 164 kq 858 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 21,1 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib".

Həmçinin Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 7 zərbaycan, 1 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 2 Azərbaycan vətəndaşı müəyyən olunub, xaricdə münaqişə zonalarında döyüşən 11 Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqra­siya, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi