Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Hərbi
  • 08 noyabr, 2021
  • 08:18
Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Report” xəbər verir ki, nazirliyin rəsmi tviter səhifəsində edilən paylaşımda deyilir:

“Tək Vətən Hərəkatı” ilə işğal edilmiş torpaqlarını azad edən və türkün gücünü bütün dünyaya göstərən Azərbaycan türkü qardaşlarımızı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edirik.

Türkiyə və Azərbaycan tək millət, iki dövlət olaraq bir və bərabər olmağa davam edəcək”.