Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi beynəlxalq təlimlər başa çatıb
Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi beynəlxalq təlimlər başa çatıbTürkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Nusret-2023” beynəlxalq hərbi təlimləri başa çatıb.
Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Nusret-2023” beynəlxalq hərbi təlimləri başa çatıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Hərbi Dəniz Qüvvələri Komandanlığımızın ev sahibliyi ilə Çanaqqala və Saros körfəzində Türkiyə Hərbi Dəniz Qüvvələrinin, dost və müttəfiq ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Nusret-2023" Dəvət Təlimi tamamlandı. Təlim zamanı minalarla mübarizə prosedurları uğurla yerinə yetirilib və bu, qarşılıqlı əməkdaşlığın artmasına töhfə verib", məlumatda bildirilib.
Qeyd edək ki, təlimlərdə Azərbaycanla yanaşı, Bəhrəyn, Braziliya, Bolqarıstan, Cənubi Koreya, Filippin, Küveyt, Malaziya, Pakistan və Oman iştirak edib.
Deniz Kuvvetleri Komutanlığımızın ev sahipliğinde, Türk Deniz Kuvvetleri unsurları ile dost ve müttefik ülkelerden unsurların katılımıyla Çanakkale ve Saros Körfezi'nde icra edilen NUSRET-2023 Davet Tatbikatı tamamlandı. Tatbikatta mayın harbine yönelik usuller başarıyla… pic.twitter.com/MeRzW6ZE60