Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Asif Əliyev dəfn edilib.
"Report"un Şimal bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü əsgər Əliyev Asif Adil oğlu Zarat kəndində torpağa tapşırılıb.
A.Əliyev Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu ilə vida mərasimi keçirilir.
"Report"un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Siyəzənin Zarat kəndində yaşayan ailəsinə təhvil verilib.
Şəhidin doğulub boya-başa çatdığı evdə keçirilən vida mərasimdə onun yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, qazilər və şəhidin hərbçi yoldaşları iştirak edirlər.
Şəhid A.Əliyev Zarat kənd qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin!