Şəhid Elşad Həsənov dəfn olunub - YENİLƏNİB-3

Şəhid Elşad Həsənov dəfn olunub - YENİLƏNİB-3 Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşad Həsənovun nəşi Ağstafa rayon Xatai kəndinə gətirilib.
Hərbi
12 Aprel , 2023 13:57
Şəhid Elşad Həsənov dəfn olunub - YENİLƏNİB-3

Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid Elşad Həsənov dəfn edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhidin cənazəsi bu dəqiqələrdə Ağstafa şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəsmi şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

13.03

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Elşad Həsənovla vida mərasimi başa çatıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafa rayonunun Xətai kəndində keçirilən mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Şəhidin cənazəsi dəfn üçün Ağstafa Şəhidlər xiyabanına aparılır. 

11:58

Ağstafa rayonunun Xətai kəndində Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Elşad Həsənovla vida mərasimi başlayıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, E.Həsənovun ailəsinin yaşadığı evdə keçirilən mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rayon ictimaiyyəti, sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edir.

Vida mərasimi başa çatdıqdan sonra şəhid Ağstafa Şəhidlər xiyabanında dəfn olunacaq.

11:45

Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşad Həsənovun nəşi Ağstafa rayon Xətai kəndinə gətirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhidin nəşi ailəsinə təhvil verilib.

Qeyd edək ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Son xəbərlər

Orphus sistemi