Mühəndis Qoşunlarının təlimləri keçirilib - VİDEO - YENİLƏNİB

Mühəndis Qoşunlarının təlimləri keçirilib - VİDEO - YENİLƏNİB Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir
Hərbi
25 May , 2021 15:24
Mühəndis Qoşunlarının təlimləri keçirilib - VİDEO - YENİLƏNİB

Video əlavə olunub.

12.03

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.

"Report"un xəbərinə görə, bu məqsədlə Türkiyə Respublikasından alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlıqları Azərbaycan Ordusunun arsenalına qəbul olunur.

Azad edilmiş ərazilərimizin minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsində istifadə olunan yeni texnika və avadanlıqlarla tanışlıq məqsədilə mayın 25-də kütləvi informasiya vasitələri (KİV) nümayəndələri üçün mediatur təşkil olunub.

Media nümayəndələrinə mühəndis-istehkam bölmələri tərəfindən müasir texnika və avadanlıqlardan istifadə etməklə ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri praktiki nümayiş etdirilib.
Yeni texnika və avadanlıqların dərindən öyrənilməsi və bacarıqla istifadə edilməsi məqsədilə hərbi qulluqçuların kurslara cəlb olunması barədə media nümayəndələrinə ətraflı məlumat verilib.

Sonda kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara müvafiq sertifikatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi