Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub

Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub.
Hərbi
4 İyun , 2022 14:59
Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub

Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, bu vəzifəni professor, general-leytenant Heydər Piriyev icra edir.

Faktı "Report"a Müdafiə Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.

Əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər.

1959-cu il təvəllüdlü general-leytenant H.Piriyev isə Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi