Luçano Spaletti: Futbolçularımdan daha çox şey gözləyirəm

Luçano Spaletti: Futbolçularımdan daha çox şey gözləyirəm Futbolçularımdan daha çox şey gözləyirəm.
Futbol
25 İyun , 2024 03:05
Luçano Spaletti: Futbolçularımdan daha çox şey gözləyirəm

Futbolçularımdan daha çox şey gözləyirəm.

"Report" xəbər verir ki, bunu İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Xorvatiya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis 1/8 finala yüksəldikləri üçün sevincli olduğunu bildirib: "Matçlar son dəqiqələrdə vurulan qollarla daha gözəl olur. Heç kimin gözləmədiyi vaxtda riskə getdik və bunu bacardıq. Komandamı bu cür əzmkar oyuna görə təbrik edirəm. İlk hissədə istədiyimiz kimi oynaya bilmədik. Futbolçularımdan daha çox şey gözləyirəm. Mənasız səhvlərə yol vermək olmaz".

Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinin III turunun İtaliya - Xorvatiya matçı heç-heçə yekunlaşıb - 1:1. Bu nəticədən sonra italiyanlar yer aldıqları B qrupunu 4 xalla ikinci pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıblar.

Son xəbərlər

Orphus sistemi