Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə gedib, Hulusi Akarla görüşüb

Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə gedib, Hulusi Akarla görüşüb “Ermənistan qurduğu tələyə özü düşəcək, bu tələnin altında qalacaq və etdiyi işin hesabını mütləq ödəyəcək”
Hərbi
2964
16 İyul , 2020 15:57
Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə gedib, Hulusi Akarla görüşüb

Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfərə gedib. 

“Report” xəbər verir ki, o, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüşüb. 

Görüşdə Ermənistan silahlı qüvvələrinin sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat müzakirə olunub. 

“Azərbaycanın Tovuz bölgəsində gerçəkləşdirilən xain hücumu qətiyyətlə pisləyirik. Azərbaycan türkünün acısı bizim acımızdır. Ermənistan qurduğu tələyə özü düşəcək, bu tələnin altında qalacaq və etdiyi işin hesabını mütləq ödəyəcək. Orada yaşadığınız hər cür problemin burada çox dərin şəkildə hiss edildiyini də hamınızın bilməsini istəyirəm. Azərbaycanlı qardaşlarımıza başsağlığı veririk. Qanlarının yerdə qoyulmayacağına əminik. Dağlıq Qarabağ məsələsində azərbaycanlı qardaşlarımızın, igid insanların mübarizəsində onlarla bərabər olduğumuzu möhtərəm Prezidentimiz başda olmaqla Türkiyədə hərbçi və ya mülki - hər kəs bildirir, bütün xalqımız bu duyğu və düşüncəni paylaşmaqdadır”. ”, - Hulusi Akar deyib.