Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər. Əvvəlcə pilotların təlim uçuşlarının şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə
Hərbi
25 Noyabr , 2024 15:20
Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə pilotların təlim uçuşlarının şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 və Su-25 ML hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.

Plana uyğun olaraq, havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqları icra olunub.

Təlim uçuşlarının keçirilməsində başlıca məqsəd şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsindən ibarətdir. Qarşıya qoyulan tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqlik və peşəkarlıqla yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi